İdman 14:45 20.01.2022

Osman Dembele rəsmən “Barselona”dan qovuldu

"Dembelenin qərarının "Barselona"da davam etmək olmadığını başa düşürük və biz də qərarımızı ona çatdırdıq”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Barselona"nın icraçı direktoru Mateu Alemani komandanın rəsmi saytına açıqlamasında deyib.

"Danışıqlara 6 ay əvvəl başladıq və Dembeleyə bir neçə təklif göndərdik, amma o, qəbul etmədi. Biz Osman Dembelenin davam etməmək qərarını başa düşürük. Son verdiyimiz qərar haqda onu məlumatlandırmışıq. Bizə kluba sadiq oyunçular lazımdır və ona ən qısa zamanda klubu tərk etməli olduğunu çatdırdıq".

Bundan bir qədər əvvəl komandanın başa məşqçisi Xavi Ernandesin Osman Dembeleni "Atletik Bilbao” ilə oyunun iştirak ərizəsinə daxil etmədiyi məlum olmuşdu.
 
Alpər