Oxşarı üzündən 17 il həbsdə yatdı (FOTO)

Oxşarı üzündən 17 il həbsdə yatdı (FOTO)

ABŞ-ın Kanzas ştatında tutulub 19 il müddətinə azadlıqdan məhkum edilən şəxsin səhvən həbs olunduğu məlum olub. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, cinayətkara çox oxşadığı üçün səhv salınaraq həbs edilən Riçard Antoni Cons 17 il sonra kifayət qədər sübut olmadığı üçün azad edilib.

Günahsız məhkumlara dəstək verən təşkilat Riçardın günahsız olduğunu, hadisə baş verən gün ailəsi və sevgilisi ilə birlikdə olduğunu sübut edə bilib. Görünüşcə ona çox oxşayan və eyni ada sahib digər şəxs isə günahı işləmədiyini iddia edib. 17 il sonra azadlığına qovuşan Riçard uşaqları və ailəsi ilə görüşüb.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR