Ölkə 13:27 02.03.2020

PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşdü

Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Dirçəliş Hərəkatı Ppartiyasının (MDHP) sədri Fərəc Quliyevlə görüşüb.

Bu barədə Qaynarinfo-ya MDHP mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, siyasi partiyaların ölkə həyatında rolu və yeri, müxtəlif sahələrdə islahatlar müzakirə mövzusu olub.