Dünya 10:57 18.04.2019

Pakistanda 14 sərnişin qətlə yetirildi

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusu silahlı hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, silahlı qrup sərnişinləri avtobusdan endirərək sənəd tələb edib, sonra isə 14 nəfəri güllələyərək qətlə yetiriblər. 

Hələlik heç bir terror təşkilatı hadisəni öz üzərinə götürməyib. 

Gülşən