Dünya 14:09 24.05.2019

Pakistanda cümə namazı zamanı partlayış: ölənlər və yaralananlar var

Pakistanın Bəlucistan vilayətində yerləşən məsciddə cümə namazı zamanı partlayış törədilib.

Qaynarinfo xəbər verir ki, hadisə 2 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnib. Əraziyə təcili yardım və təhlükəsizlik əməkdaşları cəlb edilib.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. 

Gülşən