Dünya 10:20 13.08.2017

Pakistanda terror: 15 ölü, 30 yaralı (FOTOLAR)

Pakistanın Ketta şəhərində terror aktı törədilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrini hədəf alan hücum nəticəsində 15 nəfər dünyasını dəyişib, 30 nəfər isə yaralanıb. 

Terakt nəticəsində 8 təhlükəsizlik əməkdaşı və 7 mülki şəxs dünyasını dəyişib. Yaralananlar dərhal xəstəxanaya yerləşdirilib.

Terror hücumunu hələlik hansısa qruplaşma öz üzərinə götürməyib.

Gülşən

Qaynarinfo.Az