Sağlamlıq 18:11 09.05.2020

Pandemiya zamanı binanızdakı ən təhlükəli yer budur

Bir yaşayış binasında koronavirus infeksiyasının ən yüksək risk daşıyan yeri liftdir.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş baş sanitar həkimi Sergey Berejnov bildirib.

Onun sözlərinə görə, ən təhlükəlisi hətta lift düyməsi deyil, içəridəki havadır.

"Buna görə də, siz əgər yuxarı mərtəbədə yaşayırsınızsa belə, yavaş-yavaş pillələri qalxmağa çalışın”, - deyə, həkim çağırış edib.

Buna qədər amerikalı elm adamları unitazda yuyunarkən koronavirusun damcı şəklində yayıla biləcəyi ilə bağlı fikir bildirmişdilər. Qeyd edildiyi kimi, virus yoluxmuş xəstələrin nəcisində aşkar edildiyi üçün belə bir risk mövcuddur.
 
Alpər