Dünya 09:21 17.06.2019

Paraqvay həbsxanasında qiyam: 10 nəfər öldürüldü

Paraqvayın San-Pedro həbsxanasında qiyam baş verib.

Qaynarinfo xəbər verir ki, Braziliyanın "Birinci paytaxt komandası" cinayətkar qruplaşmanın üzvləri tərəfindən qaldırılan qiyamda 10 nəfər həlak olub. Onlardan 5-nin başı qiyamçılar tərəfindən kəsilib.

Məlumata görə, cinayətkarlar əvvəlcə həbsxanada yanğın törədi. Yanğın nəticəsində 4 nəfər həlak olub. Daha sonra isə 6 nəfər qətlə yetirilib. 

"ABC Color” nəşri isə yazır ki, eyni gündə "Birinci paytaxt komandası" ilə "Rotel" cinayətkar qruplaşması arasında da qarşıdurma baş verib. Nəticədə ikincilərin 9 üzü öldürülüb.