Dünya 11:04 17.04.2019

Paris Notr-Dam 5 ilə bərpa ediləcək

Paris Notr-Dam kilsəsi 5 ilə bərpa ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib. Makron 850 illik kilsənin əvvəlkindən də gözəl şəkildə inşa ediləcəyini bildirib. 

Qeyd edək ki, 15 apreldə baş verən yanğın tarixi binaya ciddi zərər vurub.
 
Paris Notr-Damın bərpası üçün 2 gün ərzində 688 milyon dollar toplanıb. 

Gülşən