Video 12:14 31.05.2020

Paris restoranlarında orijinal ara məsafəsi üsulu tapdılar (VİDEO)

Fransadakı restoran, kafe və barlar iyunun 2-dən etibarən yenidən fəaliyyətə başlayıb, ancaq koronavirus səbəbindən ən ciddi təhlükəsizlik standartlarına uyğun hərəkət etməyə məcbur olacaqlar.

Qaynarinfo xəbər verir ki, ölkənin qərbində - Pirenees və Lanqedokdan Normandiyaya qədər, Lion və Kot d'Azurdakı bütün müəssisələrdə yalnız terrasların işləməsinə icazə veriləcək, ancaq Paris və şimal bölgələrdəki restoranlar bir az sonra işə başlayacaqlar.

Buna baxmayaraq, Paris artıq yeni formada yaşamağa hazırlaşır və restoran sahibləri öz müəssisələri üçün müştəriləri "qorumaq"dan ötrü orijinal üsullar tapırlar. Restorançılardan biri qonaqları bir-birindən və salondan təcrid etmək üçün masaların üstünə plastik qübbələr asıb.

AFP-ə verdiyi müsahibədə Parisin HAND restoranının sahibi bu ayırmanın "vulqar deyil, hətta poetik ola biləcəyini” qeyd edib.

Bundan əlavə, yenilik salondakı masaların sayını azaltmamağa imkan verir ki, bu da pandemiya səbəbiylə olduqca ziyan görən müəssisələr üçün böyük gəlir vəd edir.

Alpər