Foto 12:21 16.07.2018

Parisdə qələbə qeydləri zamanı iğtişaşlar: 2 ölü (FOTO/VİDEO)

Ötən gün futbol üzrə dünya çempionatının yekunlaşıb. Xorvatiya üzərində 4:2 hesabı ilə qələbə qazanan Fransanın bu uğuru ölkənin paytaxtında azarkeşlər tərəfindən xüsusilə qeyd edilib.

Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, çılğın azarkeşlər Parisdə iğtişaşlar törədib. Bəzi mağazaların şüşələri qırılıb. Polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
 
Qarşıdurmalar nəticəsində 2 nəfər ölüb, yaralıların olduğu da bildirilir. İğtişaşlar səbəbilə Parisin mərkəzi küçələri bağlanıb. 

Gülşən