Siyasət 14:03 01.04.2018

Partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmə müddəti başa çatdı

Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.