Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb.
Qaynarinfo xəbər verir ki, erməni müdiasının yazdığına görə, onlar "Qarabağda iri infrastruktur layihələrinin həyata keçirilməsi” məsələlərini müzakirə ediblər. Bu barədə məlumatı özünün Facebook səhifəsində baş nazirin mətbuat katibi Mane Gevorkyan yayıb.
Mətbuat katibinin "müşavirə” adlandırdığı bu görüşdə Ermənistan hökuməti nümayəndələrinin iştirak etdiyi bildirilir. Gevorkyan yazır ki, Yerevanda keçirilən görüşdə "qarşıda duran proqramlar, onların maliyyələşdirilməsi üçün növbəti addımlar müzakirə edilib.
Şərhlər