Xəbər lenti

Paşinyan Bakıda günahsız öldürülən insanlar qarşısında baş əydi (VİDEO)
Video 13:42 20.01.2021

Paşinyan Bakıda günahsız öldürülən insanlar qarşısında baş əydi (VİDEO)

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İrəvanın "Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur "Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan "Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: "20 yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->