Dünya 11:30 31.10.2020

Paşinyan bu dəfə Putinə məktub yazdı

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazilriyi məlumat yayıb. Paşinyan Ermənistanın Rusiya ilə müttəfiqliyinə əsaslanaraq Putindən Moskvanın İrəvana yardımlar barədə məsləhətləşmələrə başlamağı xahiş edib.

Vladimir Putinin buna məktuba reaksiyası barədə heç bir məlumat yoxdur.

Qarabağda müharibə başlayandan Paşinyan dəfələrlə Rusiya Prezidentinə yardım üçün müraciət edib. Lakin Kreml müharibənin Azərbaycan ərazisində getdiyinə əsaslanaraq Ermənistan Baş nazirinin müraciətlərini İrəvanın maraqlarına uyğun cavablandırmayıb. Ona görə də Paşinyanın bu dəfəki müraciətinə də müsbət cavab verilməyəcəyi gözlənilir.