Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarlarının Yerevanın mərkəzində keçirilən mitinqində çıxış edib.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyan 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı üçtərəfli razılaşmanın imzalanmasından sonra ölkədə başlayan daxili siyasi böhranın başa çatdığını bildirib:
"Ümid edirəm, 9 noyabrda başlayan daxili siyasi böhranın aradan qaldırıldığını burada elan edəcəyik və sabahdan etibarən normal işə qayıdacağıq. Bütün siyasi qüvvələrə sadə bir nöqtədən başlamalarını təklif edirəm – təhqir ritorikasına son qoyun”.
Paşinyan bu öhdəliyi ilk olaraq özünün götürdüyünü söyləyib və bütün tərəfdarlarını təhqirlərə, aqressivliyə və düşmənçiliyə son qoymağa çağırıb.
Şərhlər