Ölkə 14:18 07.06.2018

Paşinyan İlham Əliyevlə görüşmək istəyir: "Səmərəliliyi artırmaq lazımdır"

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparmaq istədiyini bəyan edib. 

Qaynarinfo "Ria Novosti"yə istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentin fövqəladə iclası zamanı çıxışında bildirib:
 
"Çox istənilsə də, mən özümü Qarabağ xalqının nümayəndəsi kimi göstərə bilmərəm. Mənim buna nə siyasi, nə də mənəvi haqqım yoxdur. Qarabağın öz hakimiyyəti, milli birliyi, hökumət və prezidenti var. Qərarı da ancaq onun qanuni nümayəndəsi təqdim edə bilər”. 

Bununla yanaşı, Paşinyan Azərbaycan hökuməti ilə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara hazır olduğunu və bu görüşə qədər danışıqların səmərəliliyini artırmaq üçün lazımi işlər görülməli olduğunu əlavə edib. 

Nərmin Həsənli