Paşinyandan Vaşinqton görüşü ərəfəsində müharibə bəyanatı

Paşinyandan Vaşinqton görüşü ərəfəsində müharibə bəyanatı

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sülh danışıqlarının ruhuna uyğun olmayan bəyanatla çıxış edib.

Qaynarinfo "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, baş nazir Xarici İşlər nazirlərinin bu gün Vaşinqtonda keçiriləcək görüşündən öncə Ermənistan daim öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalı olduğunu bildirib.

Paşinyan deyib ki, Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü bu gün baş tutacaq. Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
XƏBƏRLƏR
BLOGLAR