Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan kuryoz vəziyyətlə üzləşib.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, parlament seçkilərində iştirak edəcək "Mənim addımım" blokunun liderini Sünik vilayətinin Kacaran şəhərində təşviqat kampaniyası zamanı cərəyan vurub.
Videogörüntülərdə onun necə birdən-birə atlandığını və mikrafonu bir əlindən digərinə atdığını aydın görmək olar.
Bir müddətdən sonra Paşinyanı yenidən cərəyan vurub, lakin bu dəfə onun köməyinə mühafizəçiləri gəlib və mikrafonu ştativə bərkidiblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər