Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla keçirdiyi qapalı görüşdən səs yazısı yayılıb.
"ArmVoice” teleqram kanalı tərəfindən yayımlanan səs yazısında Ermənistan hökumət rəhbəri bir sıra sensasion açıqlamalar verib.
Belə ki, Paşinyan Qarabağdakı status-kvonun Rusiyaya faydalı olduğu müddətdə qorunub saxlanıldığını və bundan sonrakı prosesdə isə Ermənistanın bunun əvəzini qarşılaya bilmədiyini bildirib.
"Və bir şey ödəməyimizin vaxtı gələndə məlum oldu ki, ya istəmədik, ya da ödəyə bilmədik. Ya da ki ödəməyə heç nəyimiz yoxdur, çünki müflis olmuşuq. Bunu demək bəlkə də düzgün deyil, amma düşünürəm ki, elə bir vəziyyətdəyik ki, bunu bir-birimizə deməliyik”,- deyə Paşinyan qeyd edib.
Eyni səsyazısında Ermənistanın Baş naziri açıq şəkildə bəyan edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətləri və sərhədləri açmaq lazımdır.
Qeyd edək ki, N. Paşinyan aprelin 7-si Moskvaya işgüzar səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. /Qafqazinfo
Şərhlər