Siyasət 13:32 21.10.2020

Paşinyanın yalvarmadığı lider qalmadı, indi də prezidentləri başladı... (ŞƏRH)

Armen Sarkisyanın Brüsselə səfərindən ciddi bir nəticə çıxacağını gözləmirəm.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Armen Sarkisyanın Brüsselə səfərini şərh edərkən deyib. Politoloqun fikrincə, həm NATO, həm də Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır:

 


 

"Ermənistanın yalvarışları davam edir. Dünyada bir lider qalmadı ki, Paşinyan Azərbaycanı dayandırın deyə yalvarmasın. İndi də prezidentləri hərəkətə keçirib. Onun Brüsselə səfərinin məqsədi həm Avropa İttifaqı nümayəndəliyi, həm də NATO-da görüşlər keçirməkdir. Onlar anlamır ki, həm Avropa İttifaqı, həm də NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Ola bilsin, ona "atəşkəs, sülh” və s. kimi sözlər desinlər. Amma bu qurumlar Azərbaycanı nəyəsə məcbur edə bilməzlər”.

 

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 21 oktyabrda Brüsselə yola düşüb. O, NATO prezidenti Yens Stoltenberq, Avropa Şurasının sədri Şarl Mişel və AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşəcək.

 

Bahar Rüstəmli