Siyasət 11:50 03.09.2019

Patruşev Azərbaycnana gəlir (SƏBƏB)

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası aparatında məlumat verilib.

Səfər sentyabrın 4-də baş tutacaq. Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya gələcəyi bildirilir.

Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.