Dünya 16:38 15.10.2017

Payızla bağlı ən ilginc həqiqətlər

Çiskinli havalar, bolluca meyvə tədarükü, yeni ayaqqabılar və qaranlıq gecələr... Payız qapıdadır.

"Qaynarinfo"nun məlumatına görə, gecə və gündüzün bərabərləşməsindən sonra şimal yarımkürəsində payız fəsli başlayır. Sizlər üçün payızla bağlı çox adamın bilmədiyi qeyri-adi faktları təqdim edirik:

Payızda saçlar daha çox tökülür. Çünki yay aylarında saçlar baş dərisini günəşdən qorumaq üçün daha sıx inkişaf edir, payızda isə telogen prosesi ilə əlaqədar olaraq saçlar tökülmə mərhələsinə keçir.

Miçiqan Universitetinin araşdırmalarına görə, payızda infarkt riski azalır. Alimlər bunu payızda insanların daha az stress keçirmələri ilə əlaqələndirirlər.

Avsyraliya və Yeni Zellandiyada payız mart ayının 1-də başlayır və may ayının 31-də başa çatır. 

Ekvator və ona yaxın yerlərdə yaşayan insanlar heç vaxt payız fəslini görmürlər. 

Payız vaxtı kişi və qadınlarda testosteron səviyyəsi pik həddə çatır.

Payızda doğulanlar ilin digər fəsillərində doğulanlardan daha çox yaşayırlar.

Digər fəsillərin adları ilə bağlı filmlər mükafat alsalar da, adında payız sözü olan heç bir film "Oskar" mükafatı almayıb.

Payızda quşlar isti ölkələrə uçur. Bu yolda ən çox məsafə qət edənlər qütb susüpürənləridir. Belə ki, bu quşlar köç edəndə 17 min 700 kilometrlik yol qət edirlər.

Payızda havaların soyuması ilə əlaqədar yarpaqların saplağında olan nişasta yarpağın hər tərəfinə yayıla bilmədiyi üçün saralma, qızarma baş verir.

Payızda sərçələr yay boyu topladıqları toxumları yüzlərlə fərqli yerdə gizlədirlər. Bu səbəbdən də onların beynində 30 faiz genişlənmə olur.

Qaynarinfo.Az