Ölkə 20:37 23.02.2018

Paytaxt sakinlərinin nəzərinə: Bu avtobuslar yeni marşrutla hərəkət edəcək

Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Qaynarinfo bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Belə ki, fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.