Ölkə 11:40 25.02.2020

Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu məqsədlə 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.