Ekonomiks 10:09 05.03.2020

Paytaxtın bəzi magistrallarında sürət həddi endirilib

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar, Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Qaynarinfo Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, elektron məlumat tablolarında "duman” işarəsi qoyulub. Məqsəd, bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.