Dünya 12:49 08.07.2020

Pens TikTok məsələsində ABŞ-ın fikrinin qəti olduğunu açıqladı

ABŞ administrasiyasının Çinin yüksək texnoloji şirkətləri və onların məhsulları ilə bağlı mövqeyi qətidir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens Fox News-a verdiyi müsahibədə deyib.

Pens Vaşinqtonun Çin telekommunikasiya şirkətlərindən birinə münasibətini ifadə edərək bildirib ki, ABŞ prezidenti Donald Tramp öz administrasiyasının ABŞ-ın maraqlarını Çin Kommunist Partiyasına güzəştə getməkdən qoruyacağını açıq şəkildə ifadə edib. 

O, administrasiyanın şəxsi həyat və ölkənin təhlükəsizliyini təhdid edən quruluşlara, xüsusən də TikTok-a münasibətdə sərt mövqe göstərməyə davam edəcəyini vurğulayıb.

Daha əvvəl, ABŞ qanunvericiləri TikTok istifadəçi məlumatlarının emalı ilə əlaqədar milli təhlükəsizlik məsələsindən narahatlığını bildirərək əlavə edib ki, Çin qanunları bütün Çin şirkətlərindən Çin Kommunist Partiyasının nəzarətində olan kəşfiyyat qurumu ilə əməkdaşlıq etmələri və dəstəkləmələrini tələb edir.
 
Alpər