Ekonomiks 16:27 07.01.2019

Pensiyaların artımla veriləcəyi vaxt açıqlandı

Pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıalama verib.

Nazir bildirib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Nazirlik bunun əsasında müvafiq qərar verəcək.