Dünya 11:50 02.04.2020

Pentaqon 100 min cəsəd torbası təmin edəcək (İDDİA)

ABŞ Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin Pentaqondan yeni tip koronavirusla mübarizə çərçivəsində istifadə edilmək üçün 100 min cəsəd torbası istəməsi iddia edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Blumberq nəşri yazıb. Pentaqonun əlindəki 50 min cəsəd torbasını quruma göndərəcəyi, digər yarısının isə alınacağı bildirilib. Məsələ ilə bağlı isə hələlik heç bir qurumdan açıqlama verilməyib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada pandemiya səbəbindən ABŞ-da 100-240 min insanın həyatını itirə biləcəyini demişdi.

Camal