Dünya 17:42 26.03.2019

Pentaqon ilk dəfə 1 raketi 2 müdafiə sistemi ilə məhv etdi

Pentaqon yeni raketdən müdafiə sistemini sınaqdan keçirib.

Qaynarinfo xəbər verir ki, Marşal Adalarından atılan qitələrarası ballistik raket ikili müdafiə sistemi tərəfindən məhv edilib. İlk dəfə sınaqdan keçirilən "GBI-Lead" və "GBI-Trail" adlı bu sistemin biri raketin döyüş başlığını, digəri isə başqa hissəni hədəf alaraq məhv edib. 

Müdafiə sistemi üzərində 10 ildən çoxdur tədqiqat aparılır, lakin bir raketə ikili müdaxilə ilk dəfə reallaşdırıldı. 

Qeyd edək ki, ABŞ-ın 2020-ci il raketdən müdafiə büdcəsi 10 milyard dollara yaxın olacaq.

Gülşən