Dünya 17:15 11.03.2020

Pentaqondan Patriot açıqlaması: "Türkiyə S-400-ləri geri qaytarmasa..."

"Türkiyə S-400ləri Rusiyaya qaytarmadan, Patriot ala bilməz".

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Conatan Hoffman deyib. O bildirib ki, Pentaqon rəhbəri Mark Esperin bu məsələdəki fikri açıqdır.

Qeyd edək ki, ABŞ-ın Suriya üzrə təmsilçisi Ceyms Cefri NATO olaraq İdlibdə Türkiyəyə dəstək verilməsinin müzakirə edildiyini bildirmiş, Patriot da daxil olmaqla hər şeyin masada olduğunu demişdi.

Camal