Dünya 11:41 06.02.2018

Pentaqonun hesablarında 900 milyon dollarlıq kəsr

ABŞ Müdafiə Nazirliyinin tərkibində olan Müdafiə Logistika Agentliyi 800 milyon dollarlıq xərclərin hesabatını düzgün şəkildə verə bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ernst&Young" şirkətinin hesabatında qeyd olunub. Şirkətin iddialarına görə, agentliyin hesablamalarında bitmiş inşaat layihələrinin icrası üçün ayrılan 465 milyon dolların hara xərcləndiyi və 384 milyon dollarlıq digər xərclər hesabatlarda öz əksini tapmayıb. Bundan başqa qurumun 100 milyon dollarlıq da kəsiri olduğu ortaya çıxıb.

Qeyd edək ki, Pentaqonun tərkibində olan quruma hər 40 milyard dollar büdcə ayrılır. Agentliyin 25 min işçisi ordu üçün hər gün 100 min sifariş yerinə yetirir.