Ölkə 10:44 03.12.2020

Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz (FOTOLAR)

Müharibə dünya yaranandan bəri hər zaman var oldu və bundan sonra da olacaq. Mühüm olan döyüş meydanında ruh yüksəkliyini qorumaqdır. Müharibə psixologiyası içində olan əsgər üçün pozitiv ruh halı, silah-sursat qədər əhəmiyyətlidir. Həyat dolu gənclər əli-ayağı oynaya-oynaya, dodaqlarından nəğmələr süzülə-süzülə şəhidlik zirvəsinə ucaldılar. Gedən canların, bitən müharibələrin ardından geriyə kədər qalır. Amma bu kədərin böyük bir təsəllisi də var: Qarabağ Azərbaycandır!

44 günlük müharibədə biz Azərbaycan əsgərinin həm döyüş əzminə, həm də fitri istedadına şahidlik etdik. İndi sizə təqdim edəcəyimiz kadrlar hansısa filmdən, tamaşadan çəkilməyib. Soyuq səngərdə dostlarını itirən, ölümlə burun-buruna dayanan bu əsgərlər tək döyüş qalibiyyətləri ilə deyil, həm də yaradıcılıq qabiliyyətləri ilə düşmənə meydan oxudular və müasir texniki imkanlar sayəsində yaddaşda qalacaqlar.

Şəhid Xudayar Yusifzadə döyüş meydanında gərgin döyüşlərdən sonra dincini alarkən oxuduğu "Vətən yaxşıdır" mahnısı ilə dillərdə dastan oldu.



Gənc əsgərimiz işğaldan azad olunan torpaqlarımızda erməniyə aid mənzildə tapdıqları piano arxasına keçib ən sevdiyi mahnını ifa edir.



"Nooldu Paşinyan bəs yol çəkirdin? Nə gündədi, ala, buralar" deyən əsrəgimizin bu videosu da trendə çevrilib.



Əsgərlərimiz səhnəcik qurublar. Özləri bişirdikləri peraşikini özlərinə "satırlar".



"Fəryad" filmindəki o məşhur səhnə 27 il sonra Qarabağı azad edən əsgərlərimizin ifasında...



Əsgərlərimizin Qarabağda "Maşın şou"su



Tıxaclı günlərdə imdadımıza çatan 1 manatlıq taksi sürücülərini canlandıran əsgərlərimiz.



İçindəki uşaqlığı ölməyə qoymayan əsgərlərimiz. Yelləncəkdə yellənən kim, qartopu oynayan kim.





Şuşada erməni mənzilində Paşinyana virtual toy edən əsgərlərimiz.



Cəbhədən sevdiyi qızın elçiliyini özü edən bu əsgərimiz sərrast yumoru ilə uzun illər yaddaşlarda qalacaq. O, qızın tərslik edən anasına xitab edir: "27 il sonra Qarabağı aldıq, səndən qızı ala bilmədim. Özün bil, qızı mənə verməsən, gəlib qaçırdacam. Paşinyan Qarabağa durbinlə baxan kimi, sən də qızına durbinlə baxacaqsan".



Sevdiyi qıza cəbhədən mesaj göndərən əsgərimiz

 Kulis.az