Maqazin 14:53 25.01.2024

Pərəstişkarları Madonnanı məhkəməyə verdi

Müğənni Madonnanın nümayəndələri konsertinin gecikməsinə görə onu məhkəməyə verən pərəstişkarların iddiasına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

"Dekabrın 13-də səs yoxlaması zamanı yaranan texniki problem istisna olmaqla, Şimali Amerika şouları planlaşdırıldığı kimi Bruklində başladı. Bu nasazlıq hər kəsə xəbərdarlıq edilən gecikməyə səbəb oldu. Biz bu məsələni qətiyyətlə həll etmək niyyətindəyik", deyə müğənninin nümayəndələri bildiriblər.

Yanvarın 19-da məlum olub ki, Madonna pərəstişkarları Maykl Fellovs və Conatan Hadden müğənnini məhkəməyə verib. Buna səbəb Nyu-Yorkdakı tamaşanın yerli vaxtla planlaşdırıldığı saatda - 20:30 yox, 22:45-də başlaması olub. Pərəstişkarlar konsertdən sonra xərclərinin artdığını və məhdud ictimai nəqliyyat problemi ilə üzləşdiklərini deyiblər. Madonnanın şousu gecə saat 1-də bitdiyi üçün onlar evə taksi ilə getməli olublar.

Fellovs və Hadden də ertəsi gün səhər "işə getmək və/yaxud ailə vəzifələrini yerinə yetirmək üçün erkən qalxmalı olduqlarından" şikayətləniblər. Onlar müğənnidən, eləcə də məkan və təşkilatçılardan dəymiş ziyanı ödəməyi tələb edirlər. 

Aydın