Peruda 8 bal gücündə zəlzələ: binalar uçdu (YENİLƏNİB/VİDEO)

Peruda 8 bal gücündə zəlzələ: binalar uçdu (YENİLƏNİB/VİDEO)

 
Bu gün Peruda baş verən 8 maqnitudalı zəlzələ dağıntılara səbəb olub.
 
Qaynarinfo xəbər verir ki, zəlzələ ölkənin şimalında və mərkəzində, o cümlədən paytaxt Limada hiss edilib. İnsanlar qorxu içərisində evlərini tərk ediblər. Perunun Amazon çayı sahilindəki bir sıra şəhərlərində elektrik enerjisi təchizatı dayanıb. Peru telekanalları Yurimaquas şəhərində bir neçə binanın dağıldığı barədə məlumat yayıb.
 
Hələlik tələfatlar barədə məlumat daxil olmayıb.

12.18

Peruda 8 bal gücündə zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb. Təkan Moyobamba qəsəbəsinin 180 km şərqində, yerin 105 km dərinliyində müşahidə edilib.

Təbiət hadisəsi nəticəsində tələfat olub-olmadığı bilinmir.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR