Dünya 12:59 19.01.2019

Peruda kütləvi məzarlıq aşkarlandı: 132 uşaq qətlə yetirilib

Perunun şimalında yerləşən Huançako bölgəsində 550 il öncəyə aid kütləvi məzarlıq aşkarlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məzarda 132 uşaq skeleti tapılıb. Arxeoloqların fikrincə uşaqlara hansısa ayini gerçəkləşdirmək məqsədilə toplu şəkildə qətlə yetiriliblər.

Qeyd edək ki, Peruda 2008-ci ildə də oxşar məzarlıq tapılmış və oradan 137 uşağın qalıqları çıxarılmışdı. Öldürülənlərin 5-14 yaşlı uşaqlar olduğu və öldürülmədən öncə sinələri kəsilərək ürəklərinin çıxarıldığı açıqlanmışdı.