Dünya 16:02 18.07.2017

Peskovun qızı hicabda (FOTO)

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun qızı Elizaveta Peskova Çeçenistana səfəri zamanı hicaba bürünüb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "Terek" futbol klubunun adı dəyişdirilərək "Əhməd" edilib. Bu münasibətlə təşkil olunan mərasimdə Ramzan Kadırovun qonağı olan Lisa səfəri zamanı Qroznı şəhərinin mərkəzində türk şirkəti tərəfindən inşa olunan "Çeçenistanın qəlbi" məscidini də ziyarət edib. O, məsciddə çəkdirdiyi fotolarını "Instagram" hesabında paylaşaraq, "Çeçenistan səfəri mənə ilham verdi" şərhini yazıb.

Çingiz

Qaynarinfo.Az