Peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı

Peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı

"Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizə yaxını vaksinasiya prosesində iştirak edib”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. 

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya prosesi davam etdirilir:

"Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir”. 
XƏBƏRLƏR
BLOGLAR
X