Dünya 18:54 23.03.2018

PKK Sincarı tərk edir

PKK terror təşkilatı İraqın Sincar şəhərini tərk etmək barədə qərar qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı Şinqal vilayətinə daxil olan Sincarı son dövrlərdəki itkilərə görə tərk etmək qərarına gəlib.

2013-cü ildə 400 min əhalisi olan ərazidə hazırda 90 min nəfər yaşayır və əksəriyyəti ərəb və süryanilərdən ibarətdir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sincarı terrorçulardan təmizləmək barədə mesaj vermişdi.

Gülşən