Dünya 13:30 21.12.2018

PKK Suriyada ərəb dilini qadağan edir

PKK-nın Suriya qadanı olan PYD/YPG terror təşkilatı bu ölkədə ərəb dilində təhsili qadağan edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Rauf Alp Denktaş açıqlama verib.

"PKK/PYD/YPG BMT baş katibinin hesabatında da qeyd etdiyi kimi Suriyada ərəb dilində təhsili qadağan edir" deyə Denktaş bildirib.

BMT baş katibi Antonio Quterreş noyabrda qurumun Təhlükəsizlik Şurasına təqdim etdiyi 57-ci hesabatında PKK/PYD/YPG-nin Suriyanın şimal-şərqində 250-dən artıq məktəbdə sentyabrın sonlarından etibarən ərəb dilində təhsili qadağan etdiyini bildirib. Hesabatda qeyd edilir ki, bəzi ailələr qadağa səbəbindən uşaqlarını başqa məktəblərə keçirib, amma PKK/PYD/YPG nəzarət məntəqələrində, rejimin nəzarəti altındakı Qamışlıya gedən şagirdləri daşıyan avtobuslara əngəl olur.