Dünya 21:00 06.09.2017

PKK Suriyadakı bu ərazini tərk etdi

Rusiya PKK-nın Suriya qolu olan PYD-nin Tel Rifat bölgəsindən çəkilərək ərazini Bəşər Əsəd qüvvələrinə təhvil verməsi barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məlumatda Rusiyanın PYD-nin Hələbdə yerləşən Tel Rifatdan geri çəkilməyə razı saldıqları bildirilir. 

Boşaldılan əraziyə Əsəd qüvvələri yerləşdirilib, hökümət və müxalif qüvvələr arasında baş verə biləcək qarşıdurmanın qarşısını almaq məqsədilə isə Rusiya qüvvələri də bölgədə qərarlaşıb. Rusiya qüvvələrinin 2 nəzarət və 4 müşahidə bölgəsində yerləşdiyi deyilir. 

Qeyd edək ki, Tel Rifat 2016-cı ilin fevralından PYD-nin işğalında idi.

Gülşən

Qaynarinfo.Az