Siyasət 17:14 30.09.2020

PKK tərəfdarları ilə ermənilər yenə birləşdi: Aksiya keçirilir

Fransanın paytaxtı Parisdə PKK tərəfdarları ilə ermənilər aksiya keçiriblər.

"MediaPost” "TRTHaber”ə istinadla xəbər verir ki, aksiyada Türkiyə və Azərbaycana qarşı sloqanlarla çıxış ediblər.

Aksiya iştirakçıları – PKK terror qruplaşmasının üzvləri və Fransada məskunlaşan ermənilər Azərbaycanın Fransadakı səfirliyinin qarşısına toplaşıblar. Onlar təhqiramiz ifadələr işlədiblər.