Dünya 12:26 04.06.2018

PKK türk əsgərlərinə hücum etdi: 3 şəhid, 2 yaralı

Türkiyənin Hakkari bölgəsində hərbçilər PKK terrorçularının hücumuna məruz qalıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb. Yol təmiri zamanı təhlükəsizliyi təmin edən əsgərlər Şimali İraqdan atılan raketin hədəfi olub. Nəticədə 3 əsgər şəhid olub, 2-si yaralanıb. 

Hücumdan sonra terrorçuların yerləşdiyi ərazi "F-16" təyyarələri ilə bombalanıb.

Gülşən