Dünya 13:56 20.10.2018

Pol Allenin ölüm səbəbi açıqlandı

"Microsoft"un qurucularından biri, milyarder Pol Allenin ölüm səbəbi açıqlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun sepsis (qanın zəhərlənməsi - red.) və immunosupressiya (immunitetin dərman, virus və ya xəstəlik tərəfindən təzyiqə məruz qalması - red.) səbəbindən dünyasını dəyişdiyi məlum olub.
 
Qeyd edək ki, P.Allen oktyabrın 15-də vəfat edib. Oktyabrın əvvəllərində həkimlər ona xərçəng diaqnozu qoymuşdular.