"Kurtlar Vadisi" serialı ilə tamaşaçıların sevgisini qazanan, "Polat Alemdar" rolunun ifaçısı aktyor Necati Şaşmaz 7 illik həyat yoldaşı Nagehan Şaşmazla boşanma qərarı alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə aktyorun vəkili məlumat verib. O, cütlüyün çəkişməli boşanacağını da bildirib:
"Üçüncü bir şəxs yoxdur. Evliliyi qorumaq üçün mübarizə aparıldı. Ancaq mümkün olmadı. Çəkişməli boşanma olacaq".
Şərhlər