Ölkə 13:19 01.06.2019

Polis bölməsində müvəkkil və vəkilə qarşı zorakılıq edilib?

Ötən gün Binəqədi rayon 4-cü polis bölməsində xoşagəlməz hadisə baş verib. Belə ki, bölmədə müvəkkil və vəkilə qarşı polis tərəfindən zorakılıq tədbiq edilib. 

Qaynarinfo xəbər verir ki, bu haqda tanınmış vəkillər - Adəm Məmmədov Aqil Lahıç şəxsi "Facebook" səhifələrində məlumat paylaşıblar. 
 

Məsələni araşdırmaq üçün Binəqədi rayon 4-cü polis bölməsi ilə əlaqə saxladıq. Lakin zənglərimiz cavabsız qaldı. 

Daha sonra Binəqədi rayon baş polis idarəsi ilə əlaqə yaratdıq. İdarədən bildirdilər ki, bu haqda onlarda məlumat yoxdur. 

Vəkillər kollegiyasından isə bildirildi ki, kollegiya rəhbərliyi zərürat görsə, məsələ ilə bağlı mətbuata məlumat veriləcək. 

Son olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ilə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirdi ki, "Baş Prokurorluğun mətbuat xidmətində bununla bağlı məlumat yoxdur. Ancaq vəkillərə qarşı polis bölməsində hər hansısa bir qanuna zidd hərəkətlərə yol verilibsə və belə bir müraciət daxil olarsa, müvafiq qaydada araşdırılma aparılaraq, qanuna uyğun qərarın qəbul edilməsi ilə təmin olunacaq".