Ölkə 23:05 15.08.2020

Polis maska yoxlanışı üçün sənədsiz müəssisələrə girə bilərmi? (ŞƏRH)

"Polisin pandemiya dövründə karantin qaydalarına əməl olunub olunmamasını yoxlamaq səlahiyyəti var". 

Bunu HİT.Az-a açıqlamasında hüquqşünas Həsən Həsənov deyib. O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında karantin qaydalarına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilib. Hüuqşünas polis əməkdaşlarının hər hansısa bir müəssisədə işçilərin maska taxıb taxmamalarını yoxlamaq üçün hər hansısa sənədə ehtiyacı olmadığını da sözlərinə əlavə edib:



"İcazə sənədi Operativ Qərargahın qərarıdır. Obyektdə axtarış aparılmır ki. Sadəcə şəxslərin maska geyinib geyinmədiklərinə baxırlar. Bu, mülkiyyət hüququnu pozmur və sahibkarlıq subyektinə fəaliyyəti ilə bağlı hər hansı maneə törətmir".