Ölkə 19:43 25.12.2017

Polis şöbəsində kadr dəyişikliyi

Mingəçevir Şəhər Polis Şöbəsində (ŞPŞ) kadr dəyişikliyi olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, ŞPŞ-nın qeydiyyat və şəxsiyyət qrupunun baş inspektoru Elman Nəriman oğlu Məmmədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Qrupun yeni baş inspektoru vəzifəsinə polis kapitanı Tural Səfər oğlu Albəndəyev təyin olunub

Qeyd edək ki, T.Albəndəyev bundan öncə Şəki Şəhər Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsində xidmət edib.