Ölkə 13:07 17.02.2016

Polislə Qarabağ əlili əlbəyaxa oldu - VİDEO

Bu gün səhər saat 9:00-da 20 yanvar metro stansiyasının yaxınlığında taxi sürücüləri ilə DYP əməkdaşlaı arasında insident olub.

Hadisə yerində olan Ölkə.Az-ın əməkdaşı bildirir ki, 10 YP 334 nömrəli DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən götürməyi tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb.

DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə, maşının açarını verməyəcəyini bildirib.

Əməkdaşımızın çəkdiyi videodan da aydın görünür ki, öz maşınına minmək istəyən taksi sürücüsünü polis əməkdaşı əli ilə itələyir. Bu zaman taxi sürücüsü Qarabağ əlili olduğunu bildirir. Buna cavab olaraq DYP əməkdaşı "Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz" deyib, yenidən taxi sürücüsünü itələyir. Polislə vətəndaşı hadisə yerində olan insanlar sakitləşdirməyə cəhd göstərirlər, ancaq polis əməkdaşı sakitləşmək bilmir.

Hadisə yerinə digər DYP əməkdaşları gəldikdən sonra hər iki şəxsi sakitləşdirmək mümkün olur. Ad və soyadını deməyən DYP işçisi isə taksi sürücüsünü hədələməkdə, DYP əməkdaşının sözünə əməl etməməyin nə olduğunu ona göstərəcəyini deməkdə davam edir.

Sonradan hadisənin telefonla çəkildiyini görən DYP əməkdaşı telefonu əməkdaşımızın əlimizdən almağa çalışır. Telefonu ala bilmədikdən sonra isə "aparıb evdəkilərə göstərərsiniz", deyə ondan uzaqlaşır.

P.S Ümid edirik ki, ndi həmin polis işçinin etdiklərini yəqin onun evindəkilər və rəhbərliyi görüb qiymətləndirəcəklər.


Qaynar.info