Video 16:35 09.11.2018

Polislərə hücum edən terrorçu belə zərərsizləşdirildi (VİDEO)

Avstraliyanın Melburn şəhərində 1 nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olan terrorçunun zərərsizləşdirilməsi anının görüntüləri yayılıb.

Qaynarinfo The Sun nəşrinə istinadən xəbər verir ki, o, avtomobilini ticarət mərkəzinin önündə insanların üzərinə sürdükdən sonra qəza törədib və avtomobil alışıb. Yanan avtomobilin içindən çıxan şəxs bıçaqla insanlara hücum çəkib. Polisin müdaxiləsindən sonra həmin şəxs güllələnərək, zərərsizləşdirilib.

Viktoriya bölgəsinin polis rəisi Qraham Eşton zərərsizləşdirilən şəxsin İŞİD üzvü olduğunu və bunun federal təşkilatlar tərəfindən də təsdiqləndiyini deyib.

Terror törətmiş şəxsin kimliyi hələlik açıqlanmayıb. Somali əsilli olduğu qeyd olunan şəxsin 1990-cı ildə Avstaraliyaya köçdüyü bildirilir. 

Qaynarinfo hadisə ilə bağlı videonu sizlərə təqdim edir: